|
|
1. |
Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur'anın) ayələridir. Rəbbindən sənə nazil olan (Qur'an) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
|
|
|
2. |
Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərÅŸi yaradıb hökmü altına alan (ərÅŸ üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına - qiyamətə) qədər (səmada) dolanan GünəÅŸi və Ayı ram edən, bütün iÅŸləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaÅŸacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
|
|
|
3. |
Yeri (insanların və baÅŸqa canlıların yaÅŸaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm daÄŸlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-diÅŸi, yaxud ÅŸirin-acı, turÅŸ-meyxoÅŸ və s. olmaqla) cüt-cüt yetiÅŸdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!
|
|
|
4. |
Yer üzündə bir-birinə yaxın (qonÅŸu) qitələr (münbit, qeyri-münbit, ÅŸirin-ÅŸoran, daÄŸlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm baÄŸları, əkinlər, ÅŸaxəli-ÅŸaxəsiz xurma aÄŸacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
|
|
|
5. |
(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doÄŸuran ÅŸey) onların: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" - söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.
|
|
|
6. |
(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmiÅŸdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da ÅŸiddətlidir!
|
|
|
7. |
Kafir olanlar: "Məgər ona Rəbbindən bir mö'cüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doÄŸru yol göstərən) bir rəhbəri (peyÄŸəmbəri) vardır!
|
|
|
8. |
Allah hər bir diÅŸi məxluqun (bətnində) nə daşıdığını (oÄŸlan, yaxud qız doÄŸacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doÄŸulacaq uÅŸağın saÄŸlam və xəstə olacağını, çox, yaxud az yaÅŸayacağını) bilir. Hər ÅŸey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmiÅŸdir. Hər kəsin iste'dadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir ÅŸey yoxdur. )
|
|
|
9. |
O, qeybi də, aÅŸkarı da biləndir, (hər ÅŸeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir ÅŸəriki yoxdur!)
|
|
|
10. |
Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aÅŸkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir ÅŸey Ondan gizli qalmaz).
|
|
|
11. |
(İnsan üçün) onu öndən və arxadan tə'qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyiÅŸmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyiÅŸməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan baÅŸqa onların heç bir hamisi də olmaz.
|
|
|
12. |
Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə ÅŸimÅŸək göstərən, (yağışla yüklənmiÅŸ) ağır buludları yaradan da Odur.
|
|
|
13. |
Göy gurultusu Onun ÅŸə'ninə tə'riflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası ÅŸiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)
|
|
|
14. |
Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan baÅŸqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eÅŸitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) aÄŸzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya iÅŸarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir ÅŸey anlamadığı üçün) suyun ona yetiÅŸmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eÅŸitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə'nasız sözlərdən) baÅŸqa bir ÅŸey deyildir!
|
|
|
15. |
Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axÅŸam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö'minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)
|
|
|
16. |
(Ya Rəsulum!) De: "Göylərin və yerin Rəbbi kimdir?" (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!" De: "Heç korla görən (kafirlə mö'min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan ÅŸəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər ÅŸeyin xaliqidir. O birdir, qəhr edəndir (hər ÅŸeyə gücü yetən, hər ÅŸeyə qalib gələndir!)"
|
|
|
17. |
Allah göydən bir yaÄŸmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daÅŸdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpaÄŸa həyat verən suya, müşriklərin e'tiqadı isə boÅŸ köpüyə bənzər). Bəzək ÅŸeyləri və ya əÅŸya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir ÅŸey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir ÅŸey isə yer üzündə qalar. Allah belə misallar çəkir!
|
|
|
18. |
Rəbbinin də'vətini qəbul edənləri (Allaha və Onun PeyÄŸəmbərinə itaət edənləri) ən gözəl ne'mət (Cənnət) gözləyir. Rəbbinin də'vətini qəbul etməyənlər isə yer üzündə olan hər ÅŸeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
|
|
|
19. |
(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur'anın) haqq olduÄŸunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
|
|
|
20. |
O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və'di yerinə yetirir və əhdi pozmurlar.
|
|
|
21. |
O kəslər ki, Allahın birləÅŸdirilməsini əmr etdiyi ÅŸeyləri birləÅŸdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö'minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.
|
|
|
22. |
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aÅŸkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) axirət yurdu -
|
|
|
23. |
Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):
|
|
|
24. |
"(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!" - deyəcəklər.
|
|
|
25. |
Allahla əhd baÄŸladıqdan sonra onu pozanlar, Allahın birləÅŸdirilməsini əmr etdiyi ÅŸeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə'nətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.
|
|
|
26. |
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (ne'məti) axirət həyatı (ne'məti) ilə müqayisədə çox cüz'i (əhəmiyyətsiz) bir ÅŸeydir (dünya ne'məti müvəqqəti, axirət ne'məti isə əbədidir).
|
|
|
27. |
Kafir olanlar: "Məgər Rəbbindən ona bir mö'cüzə endirilməli deyildimi?" - deyirlər. (Ya Rəsulum!) De: "Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) ÅŸəxsi isə Öz hidayətinə (Özünün doÄŸru yolu olan islam dininə) qovuÅŸdurur".
|
|
|
28. |
O kəslər ki, Allaha iman gətirmiÅŸ və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö'minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
|
|
|
29. |
İman gətirib yaxşı iÅŸlər görənlərin xoÅŸ halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!
|
|
|
30. |
(Ya Rəsulum! Səndən əvvəl peyÄŸəmbərlər göndərdiyimiz kimi) səni də özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiÅŸ bir ümmətə PeyÄŸəmbər göndərdik ki, onlar Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Qur'anı) onlara oxuyasan. De: "O (Rəhman) mənim Rəbbimdir. Ondan baÅŸqa heç bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) də yalnız Onadır!"
|
|
|
31. |
Əgər Qur'anla daÄŸlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə daÄŸlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur'an olardı). Bütün iÅŸlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doÄŸru yola) yönəldərdi? (Və ya mö'minlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doÄŸru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və'di (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: "Ya Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan"). Həqiqətən, Allah Öz və'dinə xilaf çıxmaz!
|
|
|
32. |
(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyÄŸəmbərlərə də istehza edilmiÅŸdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım necə (də dəhÅŸətli) idi! (Bir görəydin onlara nə dəhÅŸətli əzab verdim!)
|
|
|
33. |
Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha (cürbəcür) ÅŸəriklər qoÅŸdular. (Ya Rəsulum!) De: "Bunlara bir ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə ÅŸərik) bilmədiyi bir ÅŸeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq ÅŸeyləri) deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doÄŸru yolu göstərən olmaz.
|
|
|
34. |
Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məÅŸəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qurtaran olmaz.
|
|
|
35. |
Allahdan qorxub pis əməllərdən çəkinənlərə (mö'minlərə) və'd edilən Cənnətin vəsfi belədir: (aÄŸacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!
|
|
|
36. |
Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə (Qur'ana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Qur'anın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: "Mənə Allaha ibadət etmək, Ona ÅŸərik qoÅŸmamaq əmr olunmuÅŸdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) də'vət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!" (Məhz Onun hüzuruna qayıdacaÄŸam!)
|
|
|
37. |
(Ya Rəsulum!) Beləliklə, Biz onu (Qur'anı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qur'andan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)
|
|
|
38. |
(Ya Rəsulum!) Biz səndə əvvəl də PeyÄŸəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyÄŸəmbər heç bir mö'cüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).
|
|
|
39. |
Allah (həmin kitabdan) istədiyi ÅŸeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləÄŸv edib baÅŸqası ilə dəyiÅŸər və ya onu olduÄŸu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.
|
|
|
40. |
Onlara və'd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliÄŸ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!
|
|
|
41. |
Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
|
|
|
42. |
Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyÄŸəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!
|
|
|
43. |
(Ya Rəsulum!) Kafirlər: "Sən peyÄŸəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab ver: "Mənimlə sizin aranızda (doÄŸruluÄŸuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mö'min yəhudi və xaçpərəstlərin, yaxud Qur'ana bələd olan mö'min müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) ÅŸahid olması yetər!"
|
|